Qadın kəsici alətlə öldürüldü

Qadın kəsici alətlə öldürüldü

Bu gecə saat 02:00-da Bakının Pirallahı rayonunda dəhşətli cinayət baş verib. Pirallahı rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, bir qadın amansızcasına öldürülüb. Belə ki, Pirallahı rayonunda 36 yaşlı Elnarə Vəli qızı Məmmədovanın meyidi tapılıb. İlkin ehtimala görə, qadın bıçaqla və yaxud kəsici alətlə öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə