Azərbaycana qaçaqmalçılıq yolu ilə telefon gətirən Rusiya vətəndaşı saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə Azərbaycana 130 ədəd mobil telefon gətirmiş Rusiya vətəndaşı Ruslan Livanskiy tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB