Bu dəqiqələrdə Lerik rayonu ilə Masallı rayonu arasında dağlıq ərazidə yerləşən meşə zolağında güclü yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə yeri dağlıq ərazi olduğu üçün ora yanğınsöndürən maşınların qalxmasında çətinlik yaranır.
Bu səbəbdən də, yanğının söndürülməsi üçün aviasiya dəstəyindən istifadə olunur. Hazırda hadisə yerinə 2 helikopter cəlb olunub. Hazırda helikopterlər yanğın olan ərazidədir.
Qeyd edək ki, hava küləkli olduğu üçün yanğının söndürülməsində çətinlik yaranıb. Hazırda alovun ram edilməsi üçün işlər gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB