Bakıda dəhşətli qətl

Bakıda qətl törədilib. Sabunçu Rayon Prokurorluğundan SİA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Eliş Abdullayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Elməddin Əliyevi ürək nahiyəsindən vurduğu bir bıçaq zərbəsi ilə qətlə yetirib. Qətlin motivi hələlik məlum deyil.

E. Abdullayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə