Velosiped sürəni uşağı maşın vuraraq öldürdü

Velosiped sürəni uşağı maşın vuraraq öldürdü

Velosiped sürəni uşağı maşın vuraraq öldü. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gün Ağsu-Kürdəmir Bəhrəmtəpə avtombil yolunun 111-ci km-də İmişli rayonu ərazisində yerləşən məcburi köçkün qəsəbəsindən keçən hissəsində Bəhrəmtəpə sakini Ağayev Qədir idarə etdiyi VAZ 21011 markalı avtomobillə hərəktədə olarkən idarə etməni itirib. Sürücü yolun sol kənarında hərəkətdə olan Füzuli rayon məcburi köçkün qəsəbə sakini 14 yaşlı Fətəlizadə Ceyhun Məhəmməd oğlunu velosiped sürən zaman vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralanının həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs saxlanlıb, hazırda faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə