Türkiyə vətəndaşının avtomobilindən 70 kq-a yaxın heroin tapılıb

Türkiyə vətəndaşının avtomobilindən 70 kq-a yaxın heroin tapılıb

Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində daha bir əməliyyat tədbiri həyata keçiriblər. Komitədən verilən məlumata görə, gömrük əməkdaşlarının "Sınıq Körpü" gömrük postunda İrandan gələrək Azərbaycandan keçməklə Gürcüstana gedən Türkiyə vətəndaşı Ateş Rifat Ahmedoğlunun idarə etdiyi avtomobilin qoşqusunda 116 ədəd polietilen paketə qablaşdırılmış narkotik vasitə aşkar ediblər.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert arayışına əsasən, həmin maddənin 69 kiloqram 610,4 qram heroin olduğu müəyyənləşdirilib.

Fakt üzrə əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə