Dünən saat 19 radələrində Kür çayının Şəmkir rayonu, Sayıxlı kəndi ərazisindən keçən hissəsində beş nəfər suda boğulub. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, suda batanlar rayonun Keçili kənd sakinləri, 1983-cü il təvəllüdlü Mayılzadə Xəyalə Sahib qızı, onun oğlu 2005-ci il təvəllüdlü Rəfiyev Nurlan Qoşqar oğlu, qızı 2001-ci il təvəllüdlü Rəfiyeva Nurlanə Qoşqar qızı və Cəfər Cabbarlı kənd sakinləri 2005-ci il təvəllüdlü Dostiyev Fərid Natiq oğlu, 2010-cu il təvəllüdlü Dostiyev Ələkbər Natiq oğlu olublar.
Məlumata görə, 4 azyaşlı uşaq çayın kənarında çimməyə giriblər. Suyun axını gücləndiyindən onlar batıb. Onları qurtarmaq istəyən Xəyalə Mayılzadə də suda boğulub. Onların cəsədləri batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB