Avqustun 7-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 58 cinayət faktından 19-nun üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 9 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 17 nəfər tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB