Ötən gün Saatlı rayonu Novruzlu kəndində avtomobil yolunda Sabirabad rayon sakini Məlikov Allahyar idarə etdiyi VAZ 2106 markal atomobillə hərəkətdə olarkən idarə etməni itirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, avtomobil aşaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı sərnişinlərdən Məlikov Heydər Həbib oğlu və Məlikov Ramin Bilal oğlu hadisə yerində dünyasını dəyişib.
Sürücü və digər sərnişin Əbilov Əhməd Hacı oğlu isə müxtəlif dərəcli bədən xəsarətləri alaraq Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB