Ötən gün dənizdə batan uşaqlardan sonuncusunun meyiti tapıldı

Ötən gün dənizdə batan uşaqlardan sonuncusunun meyiti tapıldı

Ötən gün Şüvəlan çimərliyində batan uşaqlardan sonuncusunun da meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, qadağan olunmuş ərazidə batan 6 yaşlı Fariz Qafil oğlu Məmmədovun meyiti bu gün səhər saat 07.44 radələrində batdığı yerdən 5 km kənarda dəniz sahilində aşkar edilib və xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub.

Qeyd edək ki, avqustun 6-da axşam saatlarında Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə 10 yaşlı Kəmalə Qafil qızı Məmmədova, onun bacısı 9 yaşlı İlgün Qafil qızı Məmmədova, qardaşı 6 yaşlı Fariz Qafil oğlu Məmmədov, 14 yaşlı Aydan Fikrət qızı Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev batıb. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə