Ev sahibi Tapdıq Nəsirov onun qəsdən yandırıldığını iddia edir
Lənkəran rayonunda 2 mərtəbəli ev yanıb. Lənkəran rayonunda yaşayış evi yanıb. Sinovlu kənd sakini,35 yaşlı Tapdıq Nəsirova məxsus evdə saat 16.20 radələrində baş verən yanğını söndürmək məqsədilə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı texnikası əraziyə çatana kimi alov bütün yaşayış evini bürüyüb.
Ümumi sahəsi 99 kv.m olan 4 otaqlı, 2 mərtəbəli ev tamamilə yanaraq külə dönüb. Yeni evdə elektrik və qaz xətləri çəkilmədiyinə görə ev sahibi onun qəsdən yandırıldığını iddia edir.
Faktla bağlı hadisə yerində araşdırmalara başlanılıb.
Yanğının dəqiq səbəbləri ekspertlərin verəcəyi rəydən sonra məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB