Avtomobillər toqquşdu 2 ölü, 5 yaralı FOTOLAR

Avtomobillər toqquşdu 2 ölü, 5 yaralı FOTOLAR

Növbəti yol-nəqliyyat hadisəsi Hacıqabul-Bəhramtəpə yolunun 9-cu kilometrliyində, Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 90 KP 014 dövlət nömrə nişanlı "Prado" Toyota markalı avtomobillə M 569 MP 123 RUS nömrəli VAZ 21014 markalı maşın toqquşub. Nəticədə bir nəfər ölüb, 6 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Avtomobillərin toqquşması nəticəsində ölən və yaralıların adları məlum olub.

Ölən şəxslər 1959-cu il təvəllüdlü Saatlı rayon sakini Abbasov Oktay Əsgər oğlu və 1952-ci il təvəllüdlü, Bakı şəhər sakini Surxayev Zakir Səlim oğludur.

Yaralılar:

1.1952-ci il təvəllüdlü Rüstəmova Sədaqət Fikrət qızı Bakı sakini,

2.1976-cı il təvəllüdlü Həşimova Xalidə Balaca qızı Biləsuvar sakini,

3.1952-ci il təvəllüdlü Səmədov Allahverdi Cəmil oğlu Bakı sakini,

4.2002-ci il təvəllüdlü Həşimov Turan Qədir oğlu Biləsuvar sakini,

5. 1959-cu il təvəllüdlü Səmədov Xalıqverdi Cəmil oğlu Bakı sakini.

Yaralılardan 2-nin - Allaverdi Səmədovun və Zakir Surxayevin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə