Bakıda mağazadan 40 min manat oğurlamış şəxslər tutulub. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də Cəmaləddin Babayevə məxsus mağazadan 40 min manat oğurlamış Quba rayon sakini Murad Novruzov və Xırdalan şəhər sakini Rövşən Quliyev tutulublar.
Saxlanılan şəxslərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB