Avqustun 3-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 44 cinayət faktından 17-nin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan bir nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 13 nəfər tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB