Daxili İşlər Nazirliyi polis polkovnik-leytenantının ölümünə səbəb olan yol qəzası ilə bağlı məlumat yayıb.
SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Pirallahı rayonu Dübəndi qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Fuad Allahverdiyevin idarə etdiyi "Mercedes", Bayramqulu Ağayevin idarə etdiyi "Volkswagen" və Elşad Ağayevin idarə etdiyi "QAZ-21" markalı avtomobillər toqquşub.
Nəticədə F. Allahverdiyev hadisə yerində ölüb, sərnişini, azyaşlı oğlu Yusif, habelə B. Ağayev və sərnişinləri Rasim Süleymanov, Əlvanə Məmmədova və onun azyaşlı qızı Aysu xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB