Yaralı əsgərimiz vəfat edib

Ermənilərin basqını zamanı Azərbaycan Ordusunun yaralanan əsgəri şəhid olub. Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, düşmən gülləsindən yara alan əsgərimiz vəfat edib.

"Kədər hissi ilə bildiririk ki, həkimlərin səylərinə baxmayaraq, düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını xilas etmək mümkün olmayıb"- deyə, məlumatda qeyd olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Bütün xəbərlər Facebook səhifəmizdə