Qonaq ev oğurladı

Bakıda 1 həftə öncə qonaq getdiyi evdən oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 26-da Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayan Kazım Hüseynov ərizə ilə Polis Bölməsinə müraciət edərək bildirib ki, iyulun 25-də evində qonaq olan tanışı Valeh adlı şəxs əl çantasından 1300 manat və qızıl boyunbağı oğurlayıb.

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Valeh Əzizov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə