Sürücünü döydülər

Bakıda avtobus sürücüsü döyülüb. Bu barədə SİA-ya Səbail rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə "Azneft" dairəsində qeydə alınıb. Belə ki, 65 saylı xətt avtobusunun sürücüsü, 1984-cü il təvəllüdlü Famil Cavid oğlu Umarov naməlum şəxslər tərəfindən döyülüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə