İrandan gələn Rusiya vətəndaşlarında narkotik vasitə aşkar edilib

İrandan gələn Rusiya vətəndaşlarında narkotik vasitə aşkar edilib

İrandan Azərbaycana gələn Rusiya vətəndaşlarının üzərində narkotik vasitə - tiryək aşkar edilib. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Rusiya Federasiyasının vətəndaşları - Zeynal Bayramov və özünü onun həyat yoldaşı kimi təqdim edən Marina Berestin üzərində şəxsi yoxlama keçirilib. Bu zaman onlardan 2 ədəd bağlamada ümumi xalis çəkisi 264,694 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə