Bakıda tikintidə faciəli hadisə baş verib. Nəsimi Rayon Polis İdarəsindən SİA-ya verilən məlumatda bildirilir ki, hadisə paytaxtın Həsən Əliyev küçəsi 17 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda tikilməkdə olan binada fəhlə işləyən, 1955-ci il təvəllüdlü Sofquliyev Süleyman Sofqulu oğlu yıxılıb və nəticədə dəmir parçası onun ürək nahiyəsinə sancılıb. S. Sofquliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB