Cəlilabadda meşə yandı

İyulun 30-da saat 16 radələrində Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göytəpə meşəbəyiliyinin 10 saylı dolayında yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, naməlum səbəblərdən baş verən yanğın ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları tərəfindən söndürülüb.

Yanğın nəticəsində 1,5 hektar əraziyə ziyan dəyib. Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

FHN-in yanğınla bağlı yaydığı rəsmi məlumatda isə qeyd olunub ki, Cəlilabad rayonu, Ağdaş kəndində Göytəpə Meşəbəyliyinin ərazisində 2 ha sahədə kol-kos və ağaclar yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 01:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə