Dörd nəfərdən beş kiloqramdan çox tiryək götürülüb

Dörd nəfərdən beş kiloqramdan çox tiryək götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Bərdə rayon sakinləri - Sahib Ağayevdən, Mirsadiq Sadıqovdan, Bakı şəhər sakinləri Pərviz Musayevdən və Elnur Babayevdən 5 kiloqram 6 qram tiryək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə