Bakıda və Kürdəmirdə qəzalar baş verib

Bakıda və Kürdəmirdə qəzalar baş verib

Sabunçu rayonunun Maştağa qəsəbəsində paytaxt sakini Cəlal Nəcəfov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən, şəxsiyyəti məlum olmayan iki qadını vurub. Xəstəxanaya çatdırılmış qadınlardan biri orada ölüb.

Kürdəmir rayonunda isə Dadaş Rzayı sürdüyü "QAZ-2410" markalı avtomobillə yolu keçən Rəşadət Atayevi və Taleh Dəmirovu vurub. R.Atayev hadisə yerində keçinib, T.Dəmirov isə xəstəxanaya aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktlarla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə