“Boing-737” təyyarəsinin havaya qalxmasına nə mane olub?

“Boing-737” təyyarəsinin havaya qalxmasına nə mane olub?

Qızmar Günəş Moskova-Novosibirsk səfərini yerinə yetirən "Boing-737" sərnişin təyyarəsinin havaya qalxmasına mane olub. S7 aviaşirkətinə məxsus təyyarə Moskvanın "Domodedovo" aeroportunun uçuş-enmə zolağında asfaltın əriməsi səbəbindən havaya qalxa bilməyib.

Aeroportdan verilən məlumata görə, havaların həddən artıq isti keçməsi təyyarənin arxa təkərlərinin asfalta batmasına səbəb olub. Bu da uçuşun bir neçə saat gecikməsinə gətirib çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə