Lənkəran sakini elektrik cərəyanı vurması nəticəsində ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Lənkəran rayonunun Qumbaşı kənd sakini Bəhruz Əməşov həyətində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bundan başqa, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən "Riyad" ticarət mərkəzində təmir işləri aparan Sulutəpə qəsəbə sakini Röyal Ağayevi elektrik cərəyanı vurub.
R. Ağayev xəstəxanaya yerləşdirilib.
Həmçinin, Sumqayıt şəhəri ərazisində elektrik cərəyanı vurması nəticəsində xəsarət almış Seymur Quliyev xəstəxanada ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB