Bərdədə gənci bıçaqladılar

Bərdədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Bərdədə fəaliyyət göstərən çay evlərinin birində qeydə alınıb. Mübahisə zamanı rayon sakini 18 yaşlı Aqşin Əliyev bıçaqlanıb.

İki bıçaq yarası alan Aqşin mərkəzi rayon xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti orta ağırdır. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlayan yeniyetmənin yaşı az olduğu üçün adı açıqlanmayıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə