Minik maşını qatar yoluna çıxaraq qəza törətdi

Minik maşını qatar yoluna çıxaraq qəza törətdi

Bərdədə qatarla minik maşını toqquşub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Həsənqaya kəndində qaçqın şəhərciyinə gedən yolda qeydə alınıb. Gecə saatlarında baş verən qəzada "Daewoo" markalı avtomobil qatarın yoluna çıxıb. Qatar yol hərəkət qaydalarına riayət etməyən avtomobili özü ilə bərabər bir neçə metr sürüyüb. Möcüzə nəticəsində minik maşınında olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralı mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə