Bakıda axtarışda olan şəxs tutulub

Bakıda axtarışda olan şəxs tutulub

Bakıda axtarışda olan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1985-ci il təvəllüdlü Rufan Əsgərov tutulub.

R.Əsgərov barəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarış elan olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə