Sumqayıt şəhərində ölümlə nəticələn yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Toğrul Hüseynalıyevin idarə etdiyi "VAZ-21099" markalı və Zülal Hacıyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.
Nəticədə Z. Hacıyev hadisə yerində dünyasını dəyişib, sərnişinləri - Sumqayıt şəhər sakinləri Bayram Rzayev, İlham Nəcəfov və Səməd Hüseynov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB