İyulun 25-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 51 cinayət faktından 30-nun üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan doqquz nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli altı, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə otuz nəfər tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB