Maştağa sakinindən külli miqdarda narkotik vasitə götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Maştağa qəsəbəsi Xanlar küçəsində yaşayan 1961-ci il təvəllüdlü Ağahüseyn Ağamovun həyətyanı sahəsindən ümumi çəkisi 28 kiloqram 300 qram olan 201 ədəd çətənə kolu və 960 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB