3 nəfər dənizdə boğulub

Bakı şəhər sakini dənizdə çimərkən suda boğulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 24-də Xəzər rayonunun Mərdəkan çimərliyində Bakı şəhər sakini Kənan Kişiyev dənizdə çimərkən suda boğulub.

Onun meyiti sudan çıxarılıb.

Bundan başqa, iyulun 24-də Xaçmaz rayonu Nabran kəndinin ərazisində Sumqayıt şəhər sakinləri Kərim Şirinov və Bəhram Həmzəzadə dənizdə çimərkən suda boğulublar.

K.Şirinovun və B.Həmzəzadənin meyitləri sudan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə