İki avtomobil toqquşdu ölən var

İki avtomobil toqquşdu ölən var

Tovuzda iki avtomobil toqquşub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat verir ki, Tovuz rayonu, Böyük Qışlaq kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşlara məxsus "VAZ" və "OPEL" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal nazirliyin müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "VAZ" markalı minik avtomobilinin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə