Bakıda axtarışda olan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Seymur Məhərrəmov tutulub.
Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən verilən məlumatda bildirilir ki, Seymur Eldar oğlu Məhərrəmov Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi-19, mənzil 31-də pasport qeydiyyatında olsa da Abşeron rayonunda yaşayır. O "Bakı Metropoliteni" QSC-də stansiya növbətçi kimi fəaliyyət göstərir. 1971-ci il təvəllüdlü S. Məhərrəmov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB