Kür 21 yaşlı gəncin qənimi oldu

Kür 21 yaşlı gəncin qənimi oldu

Kür çayında 21 yaşlı gənc batıb. SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Ağasəlim Taleh oğlu Səlimov Kür çayının Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində ("Salyan" sularda xilasetmə məntəqəsindən təxminən 4 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə