“Sədərək”də baş verən yanğının təfərrüatları

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində yerləşən 8 mağazada yanğın baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 96 kvm sahəni əhatə edən mağazaların yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 21-də səhər "Sədərək" ticarət yarmarkasında yanğın baş verib. İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...