Lerik rayonunda meşə massivində baş verən yanğın hələ də davam edir. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə ərazisində yanğının söndürülməsinə Nazirliyin Aviasiya Dəstəsindən 1 helikopteri cəlb olunub.
Yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Xatırladaq ki, bir neçə gündür davam edən yanğın yerli meşə təsərrüfatına məxsus 2 hektaradək ərazini əhatə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB