Ötən gün yeddi yol-nəqliyyat hadisəsi baş verib

Ötən gün yeddi yol-nəqliyyat hadisəsi baş verib

İyulun 20-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 55 cinayət faktından 24-nün üstü "isti izlər"lə açılıb. SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan yeddi nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 18 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli dörd fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə