Zaqatalada polislər "qızıl üzük" əməliyyatı keçiriblər. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Zaqatala polis bölməsinə şikayət daxil olub.
Şikayətdə bildirilib ki, iyulun 18-nə keçən gecə Zaqatala rayonunun Əlibayramlı kənd sakini Bahar Əhmədovun evindən qızıl üzük oğurlanıb.
Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Əməliyyat zamanı Qəşəm Heydərov tutulub.
Onun digər oğurluqlarda da əlinin olması ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB