Həftəsonu Azərbaycanda 5 nəfər suda boğularaq ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şənbə günü, iyulun 19-da Salyan rayonu Paçaxalac kəndinin ərazisində kənd sakini Heydərağa Mirzəyev Kür çayında çimərkən, Lənkəran rayonu Havzava kəndinin ərazisində isə Veriəliabad kənd sakini Mirələm Rəhimov göldə çimərkən suda boğulublar.
Həmin günü Salyan rayonu ərazisində çayda boğulmuş Heydərağa Mirzəyevin meyiti sudan çıxarılıb.
Bazar günü isə Bakı şəhər sakinləri İlqar Mustafayev Kürdəxanı çimərliyində, Təbriz Qəmbərzadə Xaçmaz rayonu Nabran qəsəbəsinin ərazisində dənizdə çimərkən boğulublar. Onların meyitləri sudan çıxarılıb.
Xatırladaq ki, DİN-in məlumatına görə, suda boğulma ilə bağlı iyulun 14-də və 17-də Azərbaycanda 8 nəfərin ölüm faktı qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB