Daxili İşlər Nazirliyi (DİN) Tərtər sakininin ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. SİA Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, iyulun 19-da Tərtər rayonu Aşağı Çaylı kəndinin ərazisində Səhləabad kənd sakini Mübariz Əliyev Tərtər çayında balıq tutarkən ermənilər tərəfindən açılan atəşdən ölüb.
Qeyd edək ki, M. Əliyevin meyiti çətinliklə ərazidən götürülərək ailəsinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB