Cəlilabad rayonu, Kövüzbulaq kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılan 3 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirlyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə oluub. Yanğın saat 04:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bundan başqa, Masallı rayonu, Təzə Alvadı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan taxta konstruksiyalardan ibarət ərzaq mağazasının yanar konstruksiyaları 45 kv.m sahədə, içərisində olan mallar, 4 ədəd soyuducu və kondinsioner yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda Şəki rayonu, Baş Göynük kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan anbarın dam örtüyü 360 kv.m sahədə və içərisinə yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Anbarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gecə həmçinin Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində quraşdırılan mini qazanxananın plastik üzlüyü 3 kv.m sahədə və içərisində olan qızdırıcı cihazlar yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan evin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Biləsuvar rayonu, 4 saylı qəsəbədə vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları, içərisinə yığılan 12,5 ton ot bağlaması və ona bitişik tikilən digər vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin içərisinə yığılan 7,5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və tövlə yanğından mühafizə olunub. Yanğın saat 23:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 280 kv.m olan tikilinin mətbəxində 3 kv.m sahədə əşyalar yanıb, yüksək temperaturdan 60 kv.m sahədə lambirdən ibarət tavan defarmasiyaya uğrayıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB