Nardaran qəsəbə sakini həmkəndlisini qətlə yetirib

Nardaran qəsəbə sakini həmkəndlisini qətlə yetirib

Sabunçu rayonunun Nardaran qəsəbəsində sakini Elxan Cəfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmyerlisi Süleyman Nuruzadəni qətlə yetirib hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, E.Cəfərov Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi ondan götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə