Sabirabadda baş verən yanğında bir nəfər ölüb

Sabirabadda baş verən yanğında bir nəfər ölüb

Sabirabad rayonunun Zalqarağac kənd sakini Qurban Hacıyevə məxsus üçotaqlı evdə yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nəticədə ev içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın söndürüldükdən sonra Q.Hacıyevin arvadı Nazlı Hacıyevanın yanmış meyiti tapılıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə