Paytaxt sakini xuliqanlıq zəminində bıçaqlanıb

Paytaxt sakini xuliqanlıq zəminində bıçaqlanıb

Nərimanov rayonunun ərazisində Ağdam rayon sakini Süleyman Məmmədov xuliqanlıq zəminində Bakı şəhər sakini Anar Əliyevə bud nahiyəsindən bıçaqla xəsarət yetirib.

S.Məmmədov Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə