Nəsimi rayonunun 28 May küçəsində paytaxt sakini İlqar Kərimova məxsus mağazadan seyf oğurlanıb. Hadisəni törətmiş Sabirabad rayon sakinləri Xəyal İbadov və Şəhruz Xəlilov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi rayonunda isə avtomobildən pul və naviqator oğurlanıb. Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şahmurad Xudaverdiyev yaxalanıb. Aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Leyla Əfəndiyevanın evindən pul oğurlaması da müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB