Yolu keçən piyadalar: xəsarət alan və ölən var

Yolu keçən piyadalar: xəsarət alan və ölən var

Xətai rayonunun Nobel prospektində yolu keçən paytaxt sakini Sevan Əliyeva naməlum avtomobillə vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Şəmkir rayonunun Dəllər qəsəbəsində Gürcüstan vətəndaşı Ruben Bzikabzenin idarə etdiyi yük qatarı ilə Şəmkir rayon sakini Ənvər Abbasov vurulmuşdur. Ə.Abbasov hadisə yerində ölmüşdür.

Şəki rayonunun Şəki kəndində Vəzərət kənd sakini Natiq Rəhimov sürdüyü "Mercedes" markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Yusif Cəlilovu vurmuşdur. Y.Cəlilov hadisə yerində keçinmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə