Keçmiş məhkumdan saxta 100 manatlıq götürülüb

Keçmiş məhkumdan saxta 100 manatlıq götürülüb

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının iyulun 18-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əliyevdən 100 manatlıq 53 saxta əskinas götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aparılmış əməliyyat tədbirləri ilə onun əskinasları Bakı şəhər sakini Rövşən Məmmədovla birgə hazırladıqları müəyyən edilib.

R.Məmmədovun Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evinə baxış zamanı bir rəngli printer aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə