Ötən gün 70 cinayət faktı qeydə alınıb

Ötən gün 70 cinayət faktı qeydə alınıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 70 cinayət faktı qeydə alınıb, onların da 30-u "isti izlər"lə açılıb. SİA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə