Axtarışda olan şəxs Bakıda tutulub

Axtarışda olan şəxs Bakıda tutulub

Zaqatala rayonunda axtarışda olan şəxs Bakıda tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Vaqif İsmayılov Bəsti Bağırova küçəsində saxlanılıb.

Zaqatala RPŞ-dan verilən məlumatda bildirilib ki, V.İsmayılov Qeysər və Füzuli adlı şəxslərlə birlikdə 2012-ci ildə rayon sakini İbrahimi (soyadı hələlik məlum deyil) qətlə yetirməkdə günahkar bilinir. Qeysər və Füzuli hadisə baş verən vaxt həbs olunsa da, V.İsmayılov istintaqdan yayına bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə